Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti miqrasiya orqanlarında qulluq keçmə ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edib

Azərbaycan Nazirlər Kabineti miqrasiya orqanlarında qulluq keçmə ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edib
# 05 aprel 2010 14:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Nazirlər Kabineti miqrasiya orqanlarında qulluq keçmə ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə bundan sonra, «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» qərar, «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə», «Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə» Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına da şamil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR