Bank Of Baku

Leysan yağışlarının bölgələrə vurduğu ziyan aradan qaldırılır

Leysan yağışlarının bölgələrə vurduğu ziyan aradan qaldırılır
# 05 aprel 2010 15:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) leysan yağışların bölgələrə vurduğu ziyanla bağlı məlumat aşıqlayıb. APA-nın FHN-in rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, 4-5 aprel tarixlərində respublika ərazisində hava şəraiti dəyişib, bəzi şəhər və rayonlarda yağış yağıb. Nəticədə, Ağsu, Kürdəmir, İmişli, Salyan, Saatlı və Sabirabad rayonlarında bəzi ərazilər yağış suları ilə dolub. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün hadisə baş verən rayonlarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Qeyd olunan rayonlara FHN-in qüvvə və texnikası cəlb olunub. Hazırda xilasedicilərin və texnikanın köməkliyi ilə həmin ərazilərin yağış sularından təmizlənməsi həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR