Bank Of Baku

Ağstafada qanvermə aksiyası keçirilib

Ağstafada qanvermə aksiyası keçirilib
# 05 aprel 2010 16:15 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov - APA. Ağstafa rayonunda talassemiya və hemofiliyalı xəstələrə yardım üçün qanvermə aksiyası keçirilib. Ağstafa rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, gün ərzində 150-dək rayon sakini Səhiyyə Nazirliyinin xətti ilə keçirilən qanvermə aksiyasında iştirak edib.

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları qanvermə aksiyasında fəallıqları ilə seçiliblər. Gün ərzində 40 litrdən çox qan toplanıb. Qan ehtiyatı Respublika Qan Bankına göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR