Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına daxil olmuş müraciətlər araşdırılıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına daxil olmuş müraciətlər araşdırılıb
# 05 aprel 2010 18:40 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apelyasiya komissiyası 2010-cu il birinci maliyyə yardımı müsabiqəsinin nəticələri ilə bağlı Şuraya daxil olmuş müraciətlərə baxıb.

Şuradan APA-ya verilən məlumata görə, müsabiqənin nəticələri ilə bağlı apelyasiya komissiyasına 11 ərizə daxil olub. Həmin ərizələrin doqquzu Şuraya bilavasitə təqdim edilmiş, ikisi isə poçt vasitəsilə göndərilib.

Müraciət etmiş təşkilatların rəhbərləri apelyasiya komissiyasının iclasına şəxsən dəvət olunub, iclasda onlardan 7-nin nümayəndəsi iştirak edib.

Komissiya müraciətləri QHT nümayəndələrinin iştirakı ilə fərdi qaydada müzakirə etmişdir. Müzakirələrdə layihənin hazırlanmasında yol verilmiş nöqsanlar təhlil edilərək, təşkilat rəhbərlərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, layihələrin bəzilərində qaldırılmış problemlər müəyyən aktuallıq kəsb etsə də, layihə rəhbərləri onları tələb olunan səviyyədə təqdim edə bilməyiblər.

Yalnız Azərbaycan – Amerika Gənclər İctimai Birliyinin təqdim etdiyi layihədə planlaşdırılmış tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, qeyd edilib ki, təşkilat layihənin icrasına əlavə maliyyə resursları cəlb edə biləcəyi halda müvafiq dəyişikliklər etmək şərti ilə bu layihəni Şuranın növbəti maliyyə yardımı müsabiqələrinə təqdim edə bilər.

Komissiyanın iclasında iştirak etməyən təşkilatlara komissiyanın rəyi rəsmi şəkildə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR