Bank Of Baku

Sumqayıtda sulu zirzəmilərin bir hissəsi təmizlənib

Sumqayıtda sulu zirzəmilərin bir hissəsi təmizlənib
# 06 aprel 2010 09:36 (UTC +04:00)
Sumqayıt. Rəşad Sleymanov – APA-Economics. Cari ilin mart ayı ərzində Azərbaycanın Sumqayıt şəhərinin Mənzil İstismar Sahələrinin balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin bir hissəsi təmizlənib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 55 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 27-si MİS-in balansında olan yaşayış binaları, 1-i cədvəlli bina, 2-si yataqxana, 4-ü məktəb, 8-i uşaq bağçası, 12-si mədəniyyət evi, 1-i isə səhiyyə ocağının daxilindədir. Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR