Bank Of Baku

Milli Kitabxanada Azərbaycanda müdafiə olunan dissertasiyaların və onların avtoreferatlarının elektron məlumat bazasının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada Azərbaycanda müdafiə olunan dissertasiyaların və onların avtoreferatlarının elektron məlumat bazasının təqdimat mərasimi keçirilib
# 06 aprel 2010 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycanda müdafiə olunan dissertasiyaların və onların avtoreferatlarının elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsində 1994-cü ildən bu günə kimi Azərbaycanda müdafiə olunmuş 7842 nüsxə dissertasiya və onların avtoreferatları mühafizə olunur. Dissertasiyaların 4449-u Azərbaycan, 3393 isə rus dilindədir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, dissertasiyaların elektron məlumat bazasının yaradılması Azərbaycanda elmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanda ümumilikdə 13 mindən çox kitabxana olduğunu deyən nazirin sözlərinə görə, tədricən bütün rayon mərkəzlərində kitabxana informasiya mərkəzləri yaradılacaq. Hazırda elektron məlumat bazasına 1300 nüsxə dissertasiya daxil edilib. Bazaya daxil edilən dissertasiyaların sayı günü-gündən artacaq. Bazada mühafizə olunan bütün dissertasiyalar müəlliflik hüququ ilə qorunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR