Bank Of Baku

Koreyanın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Koreyanın Azərbaycandakı səfiri Dillər Universitetində olub
# 06 aprel 2010 10:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Aprelin 6-da Koreya Respublikasının Azərbaycandakı səfiri Li Yi-Ha Azərbaycan Dillər Universitetində olub. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir ADU-da Koreya dilinin tədrisindən məmnunluğunu dilə gətirib. O, ADU-da Koreya dilinin tədrisində koreyalı mütəxəssislərin fəaliyyətini müsbət hal kimi dəyərləndirib.

Rektor Səməd Seyidov isə azərbaycanlı tələbələrin Koreyada təhsili ilə yanaşı, koreyalı tələbələrin ADU-da təhsil alması üçün kifayət qədər şəraitin olduğunu bildirib. O, hazırda Koreyanın Soongsil Universitetindən 1 tələbənin ADU-nun fransiz dili fakültəsində təhsilini davam etdirdiyini, ADU-nun 2 tələbəsinin də Koreyada təhsil aldığını, bu yaxınlarda daha 2 nəfərin Koreyaya göndəriləcəyini söyləyib. S. Seyidov ADU-dakı Koreya Mərkəzinin fəaliyyətindən də bəhs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR