Bank Of Baku

Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının başlanmasına həsr olunan mətbuat konfransı keçirilib

Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının başlanmasına həsr olunan mətbuat konfransı keçirilib
# 06 aprel 2010 13:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprelin 7-11-də Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və “Çağ” Öyrətim Şirkətinin təşkilatçılığı ilə ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası (İNEPO-EUROASİA) keçiriləcək. APA-nın məlumatına görə, olimpiadanın başlanmasına həsr edilən mətbuat konfransında çıxış edən “Çağ” Öyrətim Şirkətinin baş idarə rəisi Arif Gömleksiz bildirib ki, olimpiada 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması münasibətilə təşkil olunub. Bu il keçiriləcək olimpiadada 33 ölkədən 300-ə qədər iştirakçı yarışacaq. Təşkilat komitəsinə bu il 300-dən çox layihə təqdim olunub və onlardan 97-si (45-i Azərbaycandan, 52-si xarici ölkələrdən) seçilərək münsiflər heyətinin müzakirəsinə verilib. Münsiflər Heyətində 20-dən çox xarici ölkədən, 47-si isə Azərbaycandan dəvət olunmuş təcrübəli alimlər təmsil olunur.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Enver Özeren isə bildirib ki, son 16 il ərzində şirkətin şagirdləri Azərbaycana dünyanın müxtəlif ölkələrində keçirilən olimpiadalarda 75-i qızıl olmaqla 358 beynəlxalq dərəcəli medal gətiriblər. E. Özeren deyib ki, bu il keçirilən olimpiadanın büdcəsi 500 min manatdır. Onun 300-350 min manatını ARDNŞ ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR