Bank Of Baku

Azərbaycan kulinarları İstanbulda keçirilən festivalda qızıl medal qazanıblar

Azərbaycan kulinarları İstanbulda keçirilən festivalda qızıl medal qazanıblar
# 06 aprel 2010 14:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan kulinarları İstanbulda keçirilən VI Beynəlxalq Qastronomik Festivalda iştirak ediblər. Milli Kulinariya Mərkəzindən APA-ya verilən məlumata görə, festivalda Türkiyə də daxil olmaqla, 17 ölkə təmsilçiləri iştirak edib. Azərbaycan komandası 14 fərdi sinifdə iştirak edərək 1 qızıl, 4 gümüş və
5 bürünc medal qazanıb. Festivalda Azərbaycanı Əli Verdiyev, Əliheydər Məmmədov, Gülnar Ələsgərova, İslam Seyidəliyev, Nazim Mustafayev təmsil ediblər. Festivalda Azərbaycanla yanaşı, Bolqarıstan, Monqolustan, Serbiya, Moldova, Estoniya, Rusiya, Xorvatiya, Yunanıstan, Amerika, Hindistan, Misir, İngiltərə, Rumıniya, İsrail, Özbəkistan və Türkiyənin kulinarları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR