Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında leysan və sulu qar yağacaq

Azərbaycanın bəzi rayonlarında leysan və sulu qar yağacaq
# 07 aprel 2010 09:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 15-18 dərəcə, axşam 9-11 dərəcə isti olacaq.

Aprelin 7-dən 8-nə keçən gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Səhər və gündüz havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Aprelin 9-da havanın dəyişkən buludlu, səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.

Aprelin 10-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 8-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

Aprelin 9-10-da arabir yağış yağacağı, gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-7 dərəcə,
gündüz 13-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR