Bank Of Baku

Yaqub Mahmudov: “Təbrizsiz, İrəvansız, Dərbəndsiz, Borçalısız Azərbaycan tarixi yoxdur”

Yaqub Mahmudov: “Təbrizsiz, İrəvansız, Dərbəndsiz, Borçalısız Azərbaycan tarixi yoxdur”
# 07 aprel 2010 10:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur islahatı aparılacaq. APA-nın xəbərinə görə, bu barədə institutun Elmi Şurasının iclasında bildirilib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov deyib ki, yaxın günlərdə strukturun yenilənməsinə başlanacaq. O bildirib ki, əsas diqqət Azərbaycanın tarixi torpaqlarının tədqiq olunmasına yönəldiləcək: “Bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur. Ancaq öz tariximizə sahib çıxırıq. Təbrizsiz, İrəvansız, Dərbəndsiz, Borçalısız Azərbaycan tarixi yoxdur. Yaxın günlərdə Dərbənd şəhərinin tarixini tədqiq edən qrup yaradılacaq. Bu qrup işini başa çatdırdıqdan sonra başqa şəhərlərin öyrənilməsinə başlanacaq” .

İclasda son dövrlər Tarix İnstitutu tərəfindən nəşr edilən “Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiya tarixi”, “İrəvan xanlığı”, “Naxçıvan”, “Azərbaycan xalqının 1918-ci il mart soyqırımı” və digər kitablar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR