Bank Of Baku

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu elan olunub

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu elan olunub
# 07 aprel 2010 10:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu elan edib. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “Magistr” jurnalının 2-ci sayında 2010-2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına tələbə qəbulu elanı, magistraturaya ərizə verən bakalavr üçün təlimat, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi, ümumi intellekt səviyyəsini ( məntiqi təfəkkürü), informatika, riyaziyyat və xarici dili bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları dərc olunub.

M. Abbaszadə bildirib ki, magistraturaya sənədlərin qəbulu internet vasitəsi ilə aparılacaq: “Bakalavrlar aprelin 12-dən 19-dək şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə Komissiyanın müvafiq internet səhifəsinə daxil olmalı və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurmalıdırlar. TQDK-nın ödəmə kartını TQDK-nın binasından, bütün şəhər və rayon poçt şöbələrindən, eləcə də kredit kartla ödəməklə TQDK-nın internet saytından əldə etmək olar. Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün aprelin 12-dən 19-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) müraciət etməlidirlər”.

Magistraturaya qəbul imtahanları iki mərhələdə test üsulu ilə Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. Birinci mərhələdə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat) fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə yoxlanılacaq.

Magistraturaya birinci mərhələnin imtahanı mayın 2-də keçiriləcək, bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika (riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaq. İkinci mərhələyə buraxılan bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturanın ikinci mərhələsinə qəbul imtahanı iyunun 20-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR