Bank Of Baku

TQDK-nın rəsmi internet saytı yenilənib

TQDK-nın rəsmi internet saytı yenilənib
# 07 aprel 2010 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib. APA-nın məlumatına görə, bu gün saytın yenilənmiş versiyasını təqdim edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni sayt komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, qəbul imtahanları ilə bağlı hərtərəfli məlumatların cəmləşdirilməsini təmin edəcək. Sayt 11 əsas bölmədən ibarətdir – komissiya haqqında ümumi məlumatlar bölümü, bakalavr pilləsinə qəbul, magistr pilləsinə qəbul, orta ixtisas təhsili müəssisələrinə qəbul, qəbul imtahanları, sınaq imtahanları, elmi-metodiki seminarlar, jurnallar və nəşrlər, statistik təhlillər, mətbuat xidməti və məlumat mərkəzi.

Saytın təkmilləşdirilməsi zamanı tərtibatın sadə olmasına, linklərin forma və məzmun baxımından əhatəliliyinə xüsusi diqqət yetirilib: “100 min nəfərdən çox adamın iştirak etdiyi prosesi tam elektron xidmətlərə keçirmişik. Bu ildən imtahana buraxılış vərəqlərini də abituriyentlər özləri çap edəcəklər. Əgər kiminsə internetə çıxış imkanları yoxdursa, həmin şəxslər zəruri məlumatları TQDK-da yaradılmış məlumat köşkləri vasitəsi ilə ala bilər. Belə məlumat köşkləri TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Qubadakı regional bölmələrində də quraşdırılacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırıldıqdan sonra belə məlumat köşklərinin ictimai terminallarda da quraşdırılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR