Bank Of Baku

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda məqalə müsabiqəsi elan olunub

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda məqalə müsabiqəsi elan olunub
# 07 aprel 2010 10:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi (GİN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tələbələr arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsi elan edib. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsini tələbələr arasında təşviq etmək, gənclərdə Vətənə məhəbbət və hörmət hissi aşılamaq, istedadlı tələbələrin zehni, əqli və yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq və tələbələr arasında maarifləndirmə işini təşkil etməkdir. Müsabiqədə iştirak etmək istəyən tələbələr öz məqalələrini aprelin 30-dək 3-5 səhifə həcmində A4 formatda, Arial şriftdə (12) iştirakçı anketi ilə birgə təqdim etməlidirlər. Müsabiqədə I, II və III yerləri tutmuş tələbələr təşkilatçılar tərəfindən təsis edilmiş müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR