Bank Of Baku

Nazir: “Prezidentin təsdiq etdiyi Dövlət Proqramı ilə bağlı aprelin 13-də toplantı keçirəcəyik” - FOTO

Nazir: “Prezidentin təsdiq etdiyi Dövlət Proqramı ilə bağlı aprelin 13-də toplantı keçirəcəyik” - <font color=red>FOTO</font>
# 07 aprel 2010 11:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Dövlət başçısının turizmin inkişafına dair Dövlət Proqramı ilə bağlı imzaladığı sərəncamda qeyri-enerji sektorunun inkişafında Azərbaycanda alternativ iqtisadi formalardan daha geniş istifadə olunması istiqamətində nəzərdə tutulan tədbirlər qeyd olunur. Biz daha çox təşkilati və hüququ nizamlayan məsələlərin həyata keçirilməsini nəzərdə tuturuq. Proqramları tərtib etməliyik”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ilə bağlı imzaladığı sərəncama münasibət bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, sərəncamda turizmin bütün növləri - mədəni, ekoloji, idman və turizmin başqa istiqamətləri göstərilib: “Bu vahid bir dövlət turizm siyasətinin təşkilidir. Aprelin 13-də turist şirkətləri və mehmanxanaların rəhbərlərinin böyük toplantısını keçirəcəyik. Həmi toplantıda sərəncamda təsdiq olunmuş proqramdan irəli gələn məsələləri müzakirə etməyi nəzərdə tuturuq. Həqiqətən bu proqram cəmi dörd ilə nəzərdə tutulub və bu proqram gerçəkləşəndən sonra artıq konkret zonalar, istiqamətlər üzrə turizm yeni simada özünü göstərəcək. Bizim turizmin davamlı inkişafı təmin olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR