Bank Of Baku

Məleykə Abbaszadə: “Azərbaycanda 2010-2011-ci tədris ili üçün ali məktəblərə qəbul planı hələ müəyyənləşməyib”

Məleykə Abbaszadə: “Azərbaycanda 2010-2011-ci tədris ili üçün ali məktəblərə qəbul planı hələ müəyyənləşməyib”
# 07 aprel 2010 11:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Komissiya sədri deyib ki, ölkə prezidentinin fərmanına əsasən, martın 15-dək Azərbaycan Nazirlər Kabineti ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrinə dövlət sifarişini elan etməli idi: “Lakin bu günə qədər də bu məlumat TQDK-ya daxil olmayıb. Bunun səbəbini mən bilmirəm. Bu ixtisaslar üzərində həm Təhsil Nazirliyi, həm İqtisadi İnkişaf Nazirliyi, həm də Nazirlər Kabineti iş aparırdı. Lakin nədənsə prezidentin fərmanına hələ də əməl olunmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR