Bank Of Baku

TQDK elektron sınaq imtahanları keçirəcək

TQDK elektron sınaq imtahanları keçirəcək
# 07 aprel 2010 11:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İndiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sınaq imtahanlarında iştirak etmək üçün 68928 abituriyent qeydiyyatdan keçib. Bu abituriyentlərdən 31538 nəfəri aprelin 4-də keçirilən sınaq imtahanlarında iştirak edib. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il 2750 abituriyent TQDK-nın virtual ödəmə kartını alıb. Aprelin 4-də keçirilən ilk sınaq imtahanından sonra digər sınaq imtahanları aprelin 11-də, 18-də, 25-də, mayın 16-sı, 23-ü, 30-da, iyunun 6-da keçiriləcək. TQDK sədri deyib ki, aprel ayı ərzində TQDK-nın saytında sınaq imtahanları keçirmək üçün elektron versiya da işləyəcək. Sonuncu sınaq imtahanı və sınaq imtahanlarından daha biri elektron formada keçiriləcək. Buna əsas səbəb Azərbaycanda yaşamayan abituriyentlərin də sınaq imtahanlarında iştirakını təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR