Bank Of Baku

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə əlaqədardır

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə əlaqədardır
# 07 aprel 2010 12:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyinin (TN) “Qaynar xətt” xidmətinə (496-34-82, 496-37-61 saylı telefonlara, [email protected] elektron poçt ünvanına) bu ilin mart ayında 356 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul edilən müraciətlərin 311-i telefonla, 45-i elektron poçt vasitəsilə göndərilib. Müraciətlərin böyük əksəriyyəti anonimdir. Müraciətlərdə sorğuların sayı daha çoxdur. Bu isə fevral-mart ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, respublika fənn olimpiadalarının və beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədar olub. Belə müraciətlər ümumi sorğuların 70 faizindən çoxunu təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub. Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 90 faizindən çoxu ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, Abşeron, Qəbələ, Gədəbəy, Şəki, Şamaxı, Beyləqan, Lənkəran rayonlarından, bir qismi Gəncə, Sumqayıt və Şirvan şəhərlərindən daxil olub. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR