Bank Of Baku

Misir Mərdanov Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Misir Mərdanov Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb
# 07 aprel 2010 14:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir bildirib ki, Olimpiada təhsil, ekologiya və təbii sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

M. Mərdanov ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan bu ənənəvi Olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını, bu il 33 ölkədən 300-dək iştirakçının yarışacağını qeyd edib. 2010-cu il ölkə prezidenti tərəfindən “Ekologiya ili” elan olunduğunu xatırladan nazir məhz bu baxımdan Olimpiadanın mühüm əhəmiyyət daşıdığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR