Bank Of Baku

Ağdam Rayon İcra Hakimiyyətində Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb

Ağdam Rayon İcra Hakimiyyətində Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb
# 07 aprel 2010 14:53 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam Rayon İcra Hakimiyyətində Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Bu barədə APA-nın Qarabağ bürosuna rayonun büdcə təşkilatlarında çalışan sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, fondun maliyyələşdirilməsi dövlət idarə və təşkilatlarında, həmçinin İcra Hakimiyyəti tabeçiliyində olan müəssisələrdə çalışan vətəndaşların maaşlarının 1 faizinin maliyyə idarəsi tərəfindən saxlanılıb sözügedən fonda yığılması ilə reallaşdırılır.
Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov APA-ya bildirib ki, Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması təşəbbüsü Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov tərəfindən irəli sürülüb. Hazırda onun yaradılması və formalaşdırılması istiqamətində iş aparılır.

İcra Hakimiyyəti başçısının digər müavini Elşad Əhmədov isə APA-nın müxbiri ilə söhbətində deyib ki, əslində bu prosesi yeni fondun yaradılması kimi qiymətləndirmək düzgün deyil. Respublika səviyyəsində Silahlı Qüvvələrin İnkişafına Yardım Fondu var və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovun təşəbbüsü ilə rayon ictimaiyyətinin bu fonda öz töhfəsini verməsi istiqamətində iş aparılır. E. Əhmədov bu prosesin maaş alan təbəqə tərəfindən narazılıqla qarşılanmasına dair fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu məsələdə könüllülük prinsipi əsas götürülür və hər kəsin ərizəsinə əsasən məvacibinin 1 və 2 faizi tutulur. Rayon rəsmisi ərizələrin təsir altında yazılması fikrini də inkar edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR