Bank Of Baku

“Gənc Liderlər” Təşkilatı Masallı məktəbliləri ilə görüş keçirib

“Gənc Liderlər” Təşkilatı Masallı məktəbliləri ilə görüş keçirib
# 07 aprel 2010 16:38 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı Masallı məktəbliləri ilə görüş keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova təşkilatın keçdiyi yola nəzər salaraq onun ölkəmizin sosial həyatında özünəməxsus mövqe tutduğunu, BMT və Avropa Şurasında da yaxşı tanındığını diqqətə çatdırıb.

Təşkilatın sədri Fərid Şahbazlı çıxışında rəhbərlik etdiyi qurumun bir qrup məktəbli tərəfindən 2006-cı ildə 1 iyun - Uşaqların beynəlxalq müdafiə günündə yaradıldığını, təşkilatın tərkibində 45 ümumtəhsil məktəbin, 6 universitetin, ümumilikdə isə gənc nəslin 500-dən çox nümayəndəsinin təmsil olunduğunu bildirib. Onun sözlərinə görə, təşkilatın təşəbbüsü ilə Bakı məktəblərinin parlamenti yaradılıb, yol polisi ilə birlikdə “Təhlükəsiz piyada” kampaniyası və digər tədbirlər keçirilib.

Görüşün sonunda təşkilatın təşəbbüsü ilə işıq üzü görmüş Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş “Mehriban Əliyeva olduğu kimi” adlı kitabın təqdimatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR