Bank Of Baku

Qəbələdə “Biomüxtəlifliyə sərmayələr və yaşıl təsərrüfata yardımın artırılması” mövzusunda ekspretlərin iştirakı ilə beynəlxalq seminar keçirilir - FOTO

Qəbələdə “Biomüxtəlifliyə sərmayələr və yaşıl təsərrüfata yardımın artırılması” mövzusunda ekspretlərin iştirakı ilə beynəlxalq seminar keçirilir - <font color=red>FOTO</font>
# 05 iyul 2010 09:51 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə Şərqi Avropa və Mərkəzi Asiya regionundan olan 30-a yaxın dövləti təmsil edən ekspertlərin iştirak etdiyi tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək son illər Azərbaycanda təbiətin mühafizəsi sahəsində mühüm işlərin görüldüyünü, ətraf mühit sahəsində strateji proqramların müvəffəqiyyətlə icra olunduğunu, bu tədbirlərin məntiqi davamı kimi 2010-cu ilin “Ekologiya ili” elan edildiyini bildirib. Seminarda Avropa üzrə proqram rəhbəri və ekosistemlərin idarə edilməsi alt-proqramının əlaqələndiricisi İvonna Hiquore bildirib ki, hazırda Şərqi Avropa və Qafqaz ölkələri xüsusi mühafizə olunan əraziləri artırmaqdadırlar: “Bioloji müxtəlifliyin qorunması üzrə vahid tədbirlər planı işlənib hazırlanmalıdır. Bu sahəyə böyük investisiyalar ayrılmalıdır”.

İki gün davam edəcək tədbirin ilk günündə ekspertlərin iştirakı ilə Şərqi Avropa və Mərkəzi Asiya regionunda biomüxtəlifliyin qorunması və idarə edilməsi ilə bağlı müzakirələr aparılıb, regional və ölkə səviyyəli biomüxtəliflik məsələləri araşdırılıb, prioritet məsələlər və Avropa Nazirlər Konfransına çıxarılacaq əsas məsələlər təhlil edilib.

Qəbələdə beynəlxalq seminarla yanaşı, Avropa Nazirlər Konfransı çərçivəsində Biomüxtəliflik Konvensiyasının “Biomüxtəliflik zirvə toplantısı” üzrə 10-cu Tərəflər Konfransına QHT-lərin hazırlıq görüşü də keçirilir. Hər iki tədbir iyulun 6-da başa çatacaq. Bu tədbirlərin davamı olaraq iyulun 7-də Qəbələdə iştirakçı ölkələrin Nazirlər Konfransı baş tutacaq və bəyannamə imzalanacaq. Bəyannamənin qəbulunda 40-dan çox ölkənin nazir və nazir müavinləri ilə yanaşı BMT-nin Ətraf Mühit üzrə Avropa Bürosunun direktoru Kristof Buvye də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR