Bank Of Baku

Səttar Mehbalıyev: “İstehlak səbətində çörəyin payı azaldılmalı, digər yeməklərin sayı artırılmalıdır”

Səttar Mehbalıyev: “İstehlak səbətində çörəyin payı azaldılmalı, digər yeməklərin sayı artırılmalıdır”
# 05 iyul 2010 10:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “İstehlak səbətinin quruluşundan mən də narazıyam. Burada yemək xərcini əsasən, çörək təşkil edir. Əslində çörəyin payı azaldılmalı, digər yeməklərin sayı artırılmalıdır”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, ölkədə yaşayış minimumunun müəyyənləşdirilməsində istifadə olunan istehlak səbətinin strukturunda balıq və digər növ yeməklər də olmalıdır.

Konfederasiya sədrinin sözlərinə görə, hazırda istehlak səbətinin quruluşu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının müvafiq şöbəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iş aparır.

S. Mehbalıyev onu da əlavə edib ki, hazırda bir çox iş yerlərində ikili mühasibatlıq aparılır. Bu, həm dövlət büdcəsindən yayınmalara, həm də gələcəkdə işçinin daha az məbləğdə pensiya almasına gətirib çıxarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR