Bank Of Baku

Bu yay 40 mindən çox işçi pulsuz dincələcək

Bu yay 40 mindən çox işçi  pulsuz dincələcək
# 05 iyul 2010 10:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə 20 mindən artıq şəxs sanatoriyalara göndəriləcək. Bu yollayışlar işçilərə həm ailəvi istirahət, həm müalicə, həm də turizm məqsədilə verilir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, hazırda Bilgəhdə ürək, Günəşlidə əsəb, Mərdəkanda mədə-bağırsaq, böyrək, Abşeronda mədə-bağırsaq, Naftalanda hərəkət orqanları üzrə müalicəvi sanatoriyalar, eyni zamanda “Şəfa” müalicə pansionatı var. Bundan başqa, Nabranda konfederasiyanın tabeliyində olan “Dostluq”, “Xəzər” turizm istirahət mərkəzləri fəaliyyət göstərir.

S. Mehbalıyev qeyd edib ki, konfederasiyanın xətti ilə kurort-sanatoriya, müalicə müəssisələrinə yollayışın dəyərinin 15 faizini işçilər, 85 faizini isə işəgötürən ödəyir. Onun sözlərinə görə, Sahibkarlar İttifaqları Konfederasiyası da təxminən 20 min yollayışı öz büdcəsi hesabına alır və işçilərini istirahətə göndərir. Həmin yollayışlar əsasən Masallıdakı “İstisu” sanatoriyasına, Naftalana və digər istirahət zonalarına gedən işçilərə verilir.

Həmkarlar İttifaqları Konfederasiyasının sədri onu da əlavə edib ki, bu il 6 uşaq istirahət düşərgəsi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu düşərgələrdə 4 mindən çox uşaq istirahət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR