Bank Of Baku

Sumqayıtda ötən ay 180 mindən çox mövsümi gül, dekorativ kol və ağac əkilib

Sumqayıtda ötən ay 180 mindən çox mövsümi gül, dekorativ kol və ağac əkilib
# 05 iyul 2010 10:23 (UTC +04:00)
Sumqayıt - APA-Economics. “Ekologiya ili” çərçivəsində Sumqayıtda mövcud olan bütün küçə, park və xiyabanlardakı yaşıllıq sahələrinə mütəmadi olaraq aqrotexniki qulluq göstərilməklə yanaşı, cari ilin iyun ayı ərzində şəhərin bir çox ərazilərində yeni ağaclar əkilib, abadlıq-bərpa işləri aparılıb.

Sumqayıt şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində şəhərin müxtəlif ərazilərində ümumilikdə 860 m2 yeni qazon sahəsi, 180 mindən çox mövsümü gül, dekorativ kol və ağaclar əkilib.

Belə ki, şəhərin Koroğlu və Bakı küçələrində 180 min ədəd mövsümi gül, 440 ədəd eonimus kolu, 40 ədəd alyandra əkilib. Eyni zamanda yaşıllıqlara verilən suvarma işlərinin keyfiyyətinin artırılması, su itkisinin qarşısının alınması məqsədilə 660 p/metr yeni su xətti çəkilib.

Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26,5 kv. metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, bu göstəricinin 2 dəfə artırılaraq 50 kv. metrə çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR