Bank Of Baku

Sığorta edənlərin vahid məlumat bazasının yaradılması üçün tender elan edilib

Sığorta edənlərin vahid məlumat bazasının yaradılması üçün tender elan edilib
# 05 iyul 2010 10:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi layihəsi çərçivəsində tender elan edilib.

Tender komissiyasından “APA-Economics”ə verilən məlumata görə, tender sığorta edənlərin Dövlət Sosial Müdafiə Fondunun və Vergilər Nazirliyinin tələblərinə cavab verən yeni, vahid məlumat bazasının yaradılmasına dair proqram təminatının hazırlanması məqsədilə keçirilir.

İddiaçıların texniki və maliyyə təkliflərindən ibarət təkliflər müvafiq olaraq möhürlənmiş iki müxtəlif zərflərdə avqustun 2-dək BMT-nin Azərbaycan nümayəndəliyinə təqdim edilməlidir.

İyulun 12-də BMT-nin nümayəndəliyində təklif verən şirkətlərlə görüş keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR