Bank Of Baku

Gədəbəyin Saratovka kəndində qəzalı vəziyyətə düşən körpünün bərpa edilməməsi 40-dək kəndin əhalisi üçün ciddi problemlər yaradıb

Gədəbəyin Saratovka kəndində qəzalı vəziyyətə düşən körpünün bərpa edilməməsi 40-dək kəndin əhalisi üçün ciddi problemlər yaradıb
# 05 iyul 2010 11:54 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov-APA. Gədəbəy rayonuna 15 gün öncə yağan güclü yağışlar nəticəsində Saratovka kəndində bir hissəsi uçan avtomobil körpüsündə hələdə bərpa işləri aparılmayıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, 1988-ci ildən tikilib istifadəyə verilən uzunluğu 72 metr olan Saratovka körpüsündən Gədəbəy rayonunun Şınıx inzibati bölgəsində yerləşən 40-dək kəndin təxminən 30 minədək əhalisi istifadə edir. 15 gün öncə havaların qeyri-sabit keçməsi ilə əlaqədar olaraq Gədəbəy rayonuna yağan güclü yağışlar nəticəsində Saratovka körpüsünün girişində 4 metr hissəsi tamamilə uçduğundan Körpü bağlanıb. Hal-hazırda əhali kənd arası yollardan və çayın içərisindən keçməklə rayon mərkəzinə gedib gəlirlər. Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, körpünün bərpası rayon imkanları xaricində olduğundan müvafiq strukturlara məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR