Bank Of Baku

TQDK III qrup abituriyentlərinin imtahanda topladıqları balları yaxın iki gün ərzində açıqlayacaq

TQDK III qrup abituriyentlərinin imtahanda topladıqları balları yaxın iki gün ərzində açıqlayacaq
# 05 iyul 2010 13:22 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, proses bu gün də davam edəcək. Abituriyentlərin imtahanda topladıqları ballar yaxın iki gün ərzində açıqlanacaq.

TQDK rəsmisinin sözlərinə görə, iyulun 4-də keçirilən imtahanda iştirak üçün 33 316 abituriyent qeydiyyatdan keçsə də, 1514 abituriyent imtahana gəlməyib, 30 abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib. Əksəriyyəti köçürməyə cəhd edən həmin abituriyentlərin imtahan nəticələri ləğv edilib.

E. Nağızadə deyib ki, artıq I ixtisas qrupu üzrə abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər. “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası” da təqdim edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR