Bank Of Baku

Ombudsman Ümumdünya Əhali Gününə həsr olunmuş dəyirmi masa keçirib

Ombudsman Ümumdünya Əhali Gününə həsr olunmuş dəyirmi masa keçirib
# 06 iyul 2010 08:30 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin Əhali Fondu (UNFPA) ilə birlikdə 11 iyul – Ümumdünya Əhali Gününə həsr olunmuş “Əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının, beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən BMT-nin yeni təyin olunmuş rezident-əlaqələndiricisi Fikrət Akçura, BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəsi Teymur Məlikaslanov, UNFPA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, həmçinin QHT və KİV nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR