Bank Of Baku

Səhiyyə Nazirliyi optika satışı ilə məşğul olan mağaza və apteklərdə yoxlamalara başlayıb

Səhiyyə Nazirliyi optika satışı ilə məşğul olan mağaza və apteklərdə yoxlamalara başlayıb
# 06 iyul 2010 09:33 (UTC +04:00)
Mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, eynəklərin, linzaların satışının Səhiyyə Nazirliyinin tələbləri əsasında təşkil edib-etmədiyini yoxlamaq üçün 155 aptekin optika şöbəsi və 54 optika mağazasında yoxlama aparılıb. Fəaliyyətindəki nöqsanları aradan qaldırmayan, optika satışını normativ sənədlərə uyğun təşkil edə bilməyən 10-dan çox aptekin optika şöbəsi bağlanılıb. P. Əzizbəyov bildirib ki, optika satışı üçün apteklərdə minimum 15 kvadrat metr sahə olmalıdır. Onun sözlərinə görə, optika mağazalarının fəaliyyətinə keçirilən baxış zamanı onların əksəriyyətində satışın tələblərə uyğun olduğu müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR