Bank Of Baku

Qəbələdə “Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması” mövzusunda keçirilən seminar başa çatıb - FOTOSESSİYA

Qəbələdə “Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması” mövzusunda keçirilən seminar başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 06 iyul 2010 10:41 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi ilə Qəbələ rayonunda beynəlxalq konfrans keçirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması” mövzusunda ekspertlər səviyyəsində keçirilən seminarın davamı olaraq bu gün “Ekosistemlərin və biomüxtəlifliyin iqtisadiyyatı”, “Subregional və milli səviyyədə biomüxtəliflik üzrə fəaliyyətin planlaşdırılması” sessiyalarında seminar davam edib. Bugünkü seminarda biomüxtəlifliyin mühafizəsi ilə bağlı qorunan ərazilərin və landşaftların davamlı idarə edilməsi imkanları, davamlı ov biznesi üzrə maraqlı tərəflərin cəlb edilməsi, yaşıl iqtisadiyyata yardım, biomüxtəliflik üzrə milli fəaliyyət planları və 2020-ci il məqsədləri, gələcək fəaliyyətlərin razılaşdırılması üzrə müzakirələr aparılıb. Eyni zamanda, konfrans çərçivəsində Biomüxtəliflik konvensiyasının “Biomüxtəliflik zirvə toplantısı” üzrə 10-cu tərəflər konfransına hazırlıq məqsədilə Avropa regionu QHT-lərinin görüşü bu gün işini “QHT tövsiyələri ilə Biomüxtəliflik Konvensiyasının qərarlarına təsir” adı altında davam etdirib. Görüşdə konvensiyanın QHT-yə təqdim edilmə variantları, qorunan ərazilərə dair işçi proqramın yerinə yetirilməsi, biomüxtəlifliyin davamlı istifadəsinə dair prinsip və direktivlər, eyni zamanda bunlarla bağlı QHT tövsiyələri dinlənilib. Sonda müzakirə olunan mövzularla bağlı QHT tövsiyələri layihələşdirildi və görüşün nəticələri qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR