Bank Of Baku

Azərbaycan Dillər Universitetinin rektoru Norveçin Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Dillər Universitetinin rektoru Norveçin Azərbaycandakı səfirini qəbul edib
# 06 iyul 2010 13:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Norveçin Azərbaycandakı səfiri Yon Ramberqi qəbul edib. Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir fəaliyyət göstərdiyi müddətdə ADU ilə Norveçin bir sıra universitetləri arasında yaranan əlaqələrdən və bu əməkdaşlığın inkişafından məmnunluğunu dilə gətirib. O, S. Seyidova universitetdə Norveç dilinin tədrisinə və Skandinaviyaşünaslıq ixtisasının açılmasına görə öz təşəkkürünü bildirib.

S .Seyidov isə Norveçin Oslo universiteti ilə ADU arasında geniş əməkdaşlığın yarandığını, dəfələrlə Norveçin müxtəlif universitetlərinin mütəxəssis və tələbələrinin Azərbaycan Dillər Universitetinə gəldiklərini xatırladıb. O, Norveç dilinin tədrisi üçün bu ölkədən dəvət olunmuş mütəxəssislərin ADU-da fəaliyyətindən razılığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR