Bank Of Baku

Təhsil Nazirliyi “Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları”nı təsdiqlənib

Təhsil Nazirliyi “Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları”nı təsdiqlənib
# 06 iyul 2010 14:38 (UTC +04:00)
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, məktəblərin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilir. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.

Komissiyanın rəyi əsas tutulmaqla vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmiş uşaqlar haqqında yerli təhsil orqanlarına məlumat göndərilir. Həmin uşaqların müvafiq məktəblərin I sinfinə qəbulu mövcud qaydalar üzrə rəsmiləşdirilir.

Naxçıvan MR ərazisində uşaqların vaxtından əvvəl I sinfə qəbulu bu qaydalar əsasında Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR