Bank Of Baku

Ombudsman Strasburqda keçiriləcək beynəlxalq tədbirə dəvət olunub

Ombudsman Strasburqda keçiriləcək beynəlxalq tədbirə dəvət olunub
# 06 iyul 2010 15:02 (UTC +04:00)
Bakı – APA. İyulun 8-9-da Fransanın Strasburq şəhərində Avropa Şurasının insan hüquqları üzrə komissarının təşkilatçılığı ilə “Hüquq bərabərliyinin təbliği üçün səmərəli və müstəqil strukturlar” mövzusunda beynəlxalq tədbir keçiriləcək. Azərbaycan Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova da bu tədbirə dəvət olunub. AŞ insan hüquqları üzrə komissarı Tomas Hammarberqin və digər rəsmi şəxslərin beynəlxalq tədbirin açılış mərasimində çıxış edəcəyi gözlənilir.

Müzakirələr zamanı Azərbaycan ombudsmanı çıxış edəcək, ölkədə insan hüquqları sahəsində görülmüş işlər, insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi üzrə müvəkkilin fəaliyyəti, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri barədə ətraflı məlumat verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR