Bank Of Baku

TQDK III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb

TQDK III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb
# 06 iyul 2010 17:22 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 33316 abituriyent sənəd verib. Onlardan 31764 nəfəri imtahan verib, 1552 abituriyent isə imtahanda iştirak etməyib. Test imtahanının nəticəsinə əsasən 8435 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
Qeyd edək ki, III ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. III ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR