Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Orta məktəb yaşlı qızların sinifdə hicab taxması normal deyil”

Azərbaycanın təhsil naziri: “Orta məktəb yaşlı qızların sinifdə hicab taxması normal deyil”
# 09 dekabr 2010 09:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov orta məktəb şagirdlərinin hicab geyinməsi məsələsinə münasibət bildirərkən deyib. Nazir orta məktəb yaşlı qızların sinifdə hicab taxmasının normal olmamasını bir daha vurğulayıb: “On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var”.


M. Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır: “Burada kənar heç bir şey görmürəm. Bu müsəlmançılıqdan uzaqlaşma deyil. Biz hər birimiz Allahımızı qəbul edirik, “Qurani-Kərim” də stolüstü kitabımızdır. Dinin digər etiqadlarına da əməl etməliyik. Orta məktəbin qayda-qanunlarına əməl etmək müsəlmançılığa qarşı deyil”.

M. Mərdanov hələlik ali məktəb tələbələrinin hicab taxması ilə bağlı məsələyə dair heç bir fikir söyləmədiyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR