Bank Of Baku

Azərbaycan-Rusiya sərhədindəki gömrük keçid məntəqəsində qonşu ölkəyə gedən avtomobillərin böyük növbəsi yaranıb

Azərbaycan-Rusiya sərhədindəki gömrük keçid məntəqəsində qonşu ölkəyə gedən avtomobillərin böyük növbəsi yaranıb
# 25 oktyabr 2011 09:37 (UTC +04:00)
Qusar. Zaur Quliyev – APA. Son bir həftə ərzində Azərbaycan-Rusiya sərhədində yerləşən Samur gömrük keçid məntəqəsində qonşu ölkəyə gedən avtomobillərin böyük növbəsi yaranıb. APA-nın şimal bürosunun məlumatına görə, Samur gömrük keçid məntəqəsinin girəcəyində Rusiyaya keçmək üçün 50-dən çox sərnişin və yük avtomobili növbə gözləyir. Uzun müddət növbə gözləyən avtomobil sürücülərinin APA-ya verdikləri məlumata görə, son vaxtlar gömrük keçid məntəqəsində belə hallar tez-tez baş verir. Onlar qonşu ölkəyə buraxılmamalarını Dağıstan Respublikasının Məhərrəm kənd rayonunda yerləşən gömrük keçid məntəqəsində Azərbaycandan gələn minik və yük avtomobillərinin qəbul edilməməsi ilə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR