Bank Of Baku

Qənirə Paşayeva Bolqarıstan Parlamentinin vitse-spikeri, bu ölkənin Hak və Özgürlüklər Hərəkatının rəhbərləri ilə görüşüb – FOTO

Qənirə Paşayeva Bolqarıstan Parlamentinin vitse-spikeri, bu ölkənin Hak və Özgürlüklər Hərəkatının rəhbərləri ilə görüşüb – <font color=red>FOTO </font>
# 25 oktyabr 2011 10:08 (UTC +04:00)
Bakı-APA. Bolqarıstanda səfərdə olan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Bolqarıstan Parlamentinin vitse-spikeri, Hak və Özgürlüklər Hərəkatının rəhbər orqanının üzvü Hristo Biserov, Hərəkatın sədr müavini Rüşen Rza, baş katibi Mustafa Karadayı, Türk kökənli millət vəkili Çətin Kazak və partiyanın bir sıra digər rəsmi şəxsləri ilə görüşüb. APA-nın xəbərinə görə, görüşlər zamanı millət vəkilinə Bolqarıstanda yaşayan türklərin vəziyyəti, onları narahat edən problemlər barədə məlumat verilib və geniş fikir mübadiləsi aparılıb.
Q. Paşayeva bildirib ki, Azərbaycan dünyanın hər yerində, o cümlədən Bolqarıstanda yaşayan türklərlə əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları barədə ətraflı məlumatlar verib.
Millət vəkili deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün Türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.
Azərbaycanı sevdiklərini bildirən Hərəkat rəsmiləri həm ölkələri, həm də Azərbaycan türkləri ilə Bolqarıstan türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıblar və bu istiqamətdə səylərini bundan sonra daha da artıracaqlarını deyiblər. Azərbaycana gəlməkdən hər zaman böyük məmnunluq duyduqlarını da bildirən Hak və Özgürlüklər Hərəkatının rəhbərləri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində partiyasının səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər.

Qeyd edək ki, Qənirə Paşayea AŞ PA-nın Bolqarıstanda keçirilən prezident və bələdiyyə seçkilərini müşahidə missiyasının üzvü kimi bu ölkədə səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR