Bank Of Baku

Azərbaycan əhalisinin sayı 9,2 mln. nəfəri ötüb

Azərbaycan əhalisinin sayı 9,2 mln. nəfəri ötüb
# 25 oktyabr 2011 12:23 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin sıxlığı 1 kv. km-ə 106 nəfər olub. Əhalinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edib, 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 nəfər kişiyə 1 017 nəfər qadın düşür.

Cari ilin 9 ayı ərzində 88,8 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,1-dən 19-dək artıb. Doğulanların 54%-i oğlanlar, 46%-i isə qızlar olub.

Cari ildə doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş ömür uzunluğu gözlənilir.

Ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,3 doğulmuş uşaq düşür.

Doqquz ay ərzində ölkədə 40,2 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölümün səviyyəsi 6,1-dən 5,9-a qədər azalıb.

Qeyd edək ki, ilin əvvəlindən Azərbaycana yaşamaq üçün 1,6 min nəfər gəlib və 0,4 min nəfər ölkədən gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR