Bank Of Baku

“Həyat fəaliyyətinin təhlükəsizliyinin elmi-praktik aspektləri: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda konfrans keçirilib

“Həyat fəaliyyətinin təhlükəsizliyinin elmi-praktik aspektləri: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda konfrans keçirilib
# 25 oktyabr 2011 13:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Həyat fəaliyyətinin təhlükəsizliyinin elmi-praktik aspektləri: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, insanların təhlükəsizliyi həmişə dövlətləri düşündürən ən mühüm faktor olub. Bu amil xüsusən də indi - Yer qabığında aktivləşmə getdiyi dövrdə xüsusi önəm daşıyır.

FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev isə qeyd edib ki, mərkəzin fəaliyyətində maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. İndiyədək maarifləndirmə tədbirlərinin əhalinin daha geniş təbəqəsini əhatə etməsi üçün Bakı şəhərinin 11 inzibati rayonunun icra hakimiyyətləri və bələdiyyələri, orta və ali təhsil müəssisələri, gənclər təşkilatları və özəl şirkətlərdə tədbirlər keçirilib: “Bakının elmi müəssisələri və ali məktəblərin elmi potensialı fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması işlərinin təkmilləşdirilməsində mühüm faktor rolunu oynayır. Bakı Regional Mərkəzi tələbə-gənclərin və alimlərin bu sahədəki araşdırmalarına böyük önəm verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR