Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mağazalarda satılan uşaq qidalarının monitorinqini aparacaq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mağazalarda satılan uşaq qidalarının monitorinqini aparacaq
# 25 oktyabr 2011 13:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda mağazalarda satılan uşaq qidalarının monitorinqini aparacaq. Bunu APA-ya RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, noyabrda baş tutacaq monitorinq zamanı uşaq qidalarının mikrobioloji, toksikoloji, kimyəvi və radioloji göstəriciləri yoxlanacaq.

İ. Abdullayev bildirib ki, mərkəzin gələn ay həyata keçirəcəyi digər yoxlama isə mağazalarda satılan suxarılarla bağlı olacaq: “Suxarıların də mikrobioloji, toksikoloji, kimyəvi və radioloji göstəriciləri yoxlanılacaq”. Hazırda ölkədə suxarı istehsal edən müəssisələrin sayının çox az olduğunu deyən İ, Abdullayev qeyd edib ki, fəaliyyətdə olan müəssisələr məhsul istehsalı üçün lazım olan texnologiyalarla təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR