Bank Of Baku

Azərbaycanın cəzaçəkmə müəssisələrində ən ağır və tam müalicəsi mümkün olmayan cüzi sayda vərəm xəstəsi var

Azərbaycanın cəzaçəkmə müəssisələrində ən ağır və tam müalicəsi mümkün olmayan cüzi sayda vərəm xəstəsi var
# 25 oktyabr 2011 13:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində ən ağır və tam müalicəsi mümkün olmayan cüzi sayda vərəm xəstəsi var və onların müalicəsi davam etdirilir”. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şerin Pollini və Müdafiə Proqramının koordinatoru Paula Paulettinlə görüşündə deyib.
Nazir bildirib ki, 1995-ci ildən BQXK-nin Azərbaycanda həyata keçirdiyi vərəmli məhkumların müalicəsi proqramı çərçivəsində ölkədə 10500-dən çox vərəmli məhkumun müalicəsinə başlanılıb. O. Şirəliyev 2011-ci ildə həmin layihənin başa çatdığını, layihənin hazırda nazirlik tərəfindən davam etdirildiyini deyib.
Ş. Pollini Azərbaycanda son illər ərzində həyata keçirdikləri və gələcəkdə nəzərdə tutduqları layihələr haqqında nazirə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR