Bank Of Baku

Bakıda “Tur Heyerdal və Azərbaycan” mövzusunda elmi-praktik konfrans başlayıb

Bakıda “Tur Heyerdal və Azərbaycan” mövzusunda elmi-praktik konfrans başlayıb
# 26 oktyabr 2011 09:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın müstəqilliyinin 20 illiyi və məşhur Norveç səyyahı, yazıçısı və alimi Tur Heyerdalın Azərbaycana ilk səfərinin 30 illiyi münasibətilə “Tur Heyerdal və Azərbaycan” mövzusunda elmi-praktik konfrans başlayıb. APA-nın məlumatına görə, ADU və Oslo Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirin açılışında ADU-nun rektoru, professor Səməd Seyidov və Oslo Universitetini kafedra müdiri, xanım Bente Kristensen çıxış ediblər.

Konfransın plenar iclasına Tur Heyerdalın oğlu Tor Heyerdal, Oslo Kon-Tiki muzeyinin direktoru Maya Beuge, “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Lars Troen Sorensen, eləcə də ABŞ-dan, Böyük Britaniyadan, Norveçdən, Fransadan, Gürcüstandan, Rusiyadan qonaqlar qatılıb.

Konfransın iştirakçıları Tur Heyerdalın Azərbaycan və region haqqındakı nəzəriyyələri və bunların tarixi və nəzəri cəhətdən dəyərini, onun Azərbaycana səfərləri və alimin iki ölkə arasında münasibətlərin qurulmasında vacib rolunu müzakirə edəcəklər. Bundan başqa, Tor Heyerdal təqdimatla çıxış edəcək, Tur Heyerdalın “Odin nəzəriyyəsi tarixçəsi”, “Odin nəzəriyyəsi - arxeoloji sübut”, “Heyerdalın müxtəlif aspektlərdən tədqiq edilən işi”, “Odin nəzəriyyəsi - Metodologiya və müxtəlif yanaşmalar” mövzularında müzakirələr aparılacaq, məruzələr oxunacaq. Konfrans oktyabrın 29-da yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR