Bank Of Baku

Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə fərqli minimum əmək haqları tətbiq oluna bilər

Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə fərqli minimum əmək haqları tətbiq oluna bilər
# 26 oktyabr 2011 10:32 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

«Bu məsələ barədə fikirləşməyin vaxtı çatıb» - deyən nazir son illər görülmüş tədbirlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrində, xüsusilə də inşaat sektorunda əmək şəraitinin və təhlükəsizliyinin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, əvvəllər inşaat sektorunda standartlardan danışmaq mümkün deyildi: “Amma hazırda inşaat sektorunda istər əməyin təhlükəsizliyi, istərsə də əmək şəraiti baxımından standartlar tətbiq olunur”.

Bundan başqa, tətbiq olunan yeniliklərə görə, inşaat sektorunda çalışan işçilər hökmən çalışdıqları peşə barədə təlim keçmiş olmalıdırlar: “Yəni belə işçilər ya peşə təhsilinə malik olmalı, ya da işlədikləri şirkətdə təlim keçməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR