Bank Of Baku

İntensiv yağışlar Lənkəranda problemlər yaradıb

İntensiv yağışlar Lənkəranda  problemlər yaradıb
# 26 oktyabr 2011 12:33 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki gündən bəri davam edən yağışlar ötən gecədən daha da intensivləşib. APA-nın Cənub bürosunun məlumatına görə, şəhərin bir neçə istiqamətində, o cümlədən Zərifə Əliyeva, Səttarxan, Hacı Zeynalabdin Tağıyev, Həzi Aslanov, Müzəffər Nəsirli, Azad Mirzəyev küçələrindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış suları dolub. Bəzi evlərin birinci mərtəbələri su altında qalıb, eləcə də nəqliyyatın və piyadaların hərəkətində maneələr yaranıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin briqadası nasoslar vasitəsi ilə həyətlərdən yağış sularının kənarlaşdırılması istiqamətində iş aparır. Lənkəran şəhər abadlıq kombinatının fəhlələri isə iri kanallardan sel sularının gətirdiyi zibil tullantılarını təmizləyərək su axarının qarşısını açıblar. İntensiv yağıntı nəticəsində Lənkəranın bəzi ərazilərinə elektrik enerjisinin verilişində də müəyyən fasilələr yaranıb. Lakin həyata keçirilən tədbirlərdən sonra rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub. İntensiv yağıntı nəticəsində ötən gecə, həmçinin Lənkəranın bir neçə istiqamətində xırda yol-qəza hadisələri də qeydə alınıb. Lənkəran-Lerik şose yolunda kiçik uçqunlar baş versə də, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR