Bank Of Baku

UNESCO: Azərbaycanda orta məktəb təhsili resurslarının keyfiyyəti orta səviyyədədir

UNESCO: Azərbaycanda orta məktəb təhsili resurslarının keyfiyyəti orta səviyyədədir
# 26 oktyabr 2011 13:45 (UTC +04:00)
BMT agentliyinə görə, hazırda ibtidai təhsilini başa vuran məktəblilərin əksəriyyəti sonradan təhsilini orta məktəbdə davam etdirmək istəyir.
Hesabata görə, Azərbaycanda natamam orta təhsil əhalinin 80 %-dən bir qədər artığını əhatə edir. Ölkədə orta natamam təhsili başa vuranlar arasında oğlan və qızlar təqribən bərabərlik təşkil edir. Sənədə görə, Azərbaycanda orta təhsili əhalinin 60 %-i baş vurur və onların hamısı ali təhsil ocağında oxumaq imkanına malikdir. Azərbaycanda orta məktəb təhsili resurslarının keyfiyyəti orta, mənbələrin müxtəliflik dərəcəsi isə yüksək səviyyədədir. UNESCO bildirir ki, digər Qafqaz dövlətləri ilə müqayisədə Azərbaycanda daha çox xarici tələbə təhsil alır. Azərbaycanlı şagird və tələbələr isə daha çox Rusiya, Türkiyə və Amerikada təhsil almağa üstünlük verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR