Bank Of Baku

Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təhsil müəssisələrində tədbirlər keçiriləcək

Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təhsil müəssisələrində tədbirlər keçiriləcək
# 21 yanvar 2012 08:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil naziri Misir Mərdanov Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təhsil müəssisələrində tədbirlərin keçirilməsi ilə bağlı əmr imzalayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, texniki peşə, ali və orta ixtisas təhsili müəssisələrinin, Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin rəhbərləri 2012-ci il fevral ayından başlayaraq Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə xüsusi tədbirlər müəyyənləşdirib həyata keçirməlidirlər.
Həmçinin ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin iştirakı ilə Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi keçiriləcək. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprel ayının 10-dək yekunlaşacaq. İnşa müsabiqəsinin yekun mərhələsinin Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR