Bank Of Baku

Xocalı soyqırımından 20-ci ildönümü ilə əlaqədar məktəblilər arasında "Uşaqlar və müharibə" mövzusunda rəsm müsabiqəsi keçiriləcək

Xocalı soyqırımından 20-ci ildönümü ilə əlaqədar məktəblilər arasında "Uşaqlar və müharibə" mövzusunda rəsm müsabiqəsi keçiriləcək
# 21 yanvar 2012 08:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil naziri Misir Mərdanov "Uşaqlar və müharibə" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, əmrdə bildirilir ki, əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 20 il keçir. Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, məktəblilərdə vətənə sədaqət və məhəbbət hissini gücləndirmək məqsədilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında "Uşaqlar və müharibə" mövzusunda respublika rəsm müsabiqəsi keçiriləcək. Əmrə əsasən, müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunacaq. Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil şöbələrinin, idarələrinin müdirlərinə müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görülməsi ilə bağlı göstərişlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR