Bank Of Baku

Almaniyalı tələbələr Azərbaycanda təhqiqat aparıblar - FOTO

Almaniyalı tələbələr Azərbaycanda təhqiqat aparıblar - <font color=red>FOTO</font>
# 21 yanvar 2012 14:59 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Almaniyanın Tübingen Universitetinin tələbələri Azərbaycan mədəniyyəti və Qarabağ münaqişəsi haqda həqiqətlərin dünyaya çatdırılması məqsədilə respublika ərazisində müstəqil təhqiqat aparıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vasitəçiliyi ilə ölkəmizə gələn avropalı tələbələr - əslən türk olan Damla Zeynəb Mələk, alman qızları Annalena Kampremann, Nadia Rebekka Laza və Judit Bert Azərbaycanda olduqları müddət ərzində respublikanın bir neçə şəhər və rayonunda məcburi köçkün ailələrində qalıb, onlarla birgə təsərrüfat və məişət işlərində çalışıblar. Tələbələr cəbhəyanı yaşayış məntəqələrində, məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı yaşayış massivlərində köçkün ailələrinə baş çəkiblər.

Onlar həmçinin Tərtər rayonunun bir sıra ümumtəhsil məktəbinin şagirdləri üçün 2011-ci ilin noyabr ayından etibarən ingilis dili kursu keçiblər. BAMF tərəfindən Tərtər Regional Peşə və Təlim Mərkəzində (PTM) təşkil edilən 3 aylıq ingilis dili kursuna cəlb edilən yerli şagirdlərə kursu başa vurmaları münasibətilə sertifikatlar verilib. Dərsləri könüllülük prinsipi əsasında Tübingen Universitetinin antropologiya fakültəsinin tələbələri D.Z.Mələk, A.Kampremann, N.R.Laza və J.Bert aparıblar. Kursda Tərtər rayonunun bir neçə orta məktəbindən 9, 10 və 11-ci sinif şagirdləri iştirak edib.

Səfərləri çərçivəsində qonaqlar Göygöl rayonunda vaxtilə almanlar yaşayan qəsəbədə də olublar. Sonuncu dünyasını dəyişən almanın evində olan tələbələr yerli azərbaycanlılarla almanlar arasında münasibətlərə dair əldə etdikləri informasiyalardan məmnun olduqlarını bildiriblər. Qonaqlar rayon ərazisində mövcud olan alman qəbiristanlığının yüksək səviyyədə mühafizə olunmasını da təqdir ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR