Bank Of Baku

Ankara vilayəti Baş Məclisinin nümayəndə heyəti “İRƏLİ” Gənclik Mərkəzində olub - FOTO

Ankara vilayəti Baş Məclisinin nümayəndə heyəti “İRƏLİ” Gənclik Mərkəzində olub - <font color=red>FOTO</font>
# 21 yanvar 2012 15:27 (UTC +04:00)
Bakı - APA. Ankara vilayəti Baş Məclisinin Xarici əlaqədar Komissiyasının sədr müavini Mustafa Aygünün başçılığı altında nümayəndə heyəti “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub. Bu barədə APA-ya “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmova məlumat verib.

Onun sözlərinə görə, qonaqlar “İRƏLİ” Gənclik Mərkəzi ilə tanış olduqdan sonra “İRƏLİ” İctimai Birliyindən olan gənc bələdiyyə üzvləri ilə görüşüblər. Görüşdə “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, “İRƏLİ” İctimai Birliyinin bələdiyyə üzvü olan gəncləri - Qaraçuxur bələdiyyəsinin üzvləri Hikmət Hüseynov, Eldar Mirzəliyev, Xətai bələdiyyəsinin üzvü Anar Rzayev, Yasamal bələdiyyəsinin üzvü Mirzəağa Əhmədbəyli, Səbail bələdiyyəsinin üzvü Leyla Şərifova iştirak ediblər.

Görüş zamanı hər iki ölkənin gənclər siyasəti və bu sahədə görülən işlər, hər iki ölkədəki mövcud bələdiyyə orqanlarının fəaliyyət istiqamətləri barədə danışılmış, təcrübə bölüşümü həyata keçirilib. Görüşdə həmçinin ortaq layihələr, əməkdaşlıq yolları müzakirə olunub.

Qeyd edək ki, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərinə gənclərin diqqətini cəlb etmək, gənclərin bələdiyyə seçkilərində həm namizəd, həm də seçici kimi iştirakını stimullaşdırmaq, onların bələdiyyə sahəsində hüquqi biliklərini artırmaq, icma-bələdiyyə münasibətlərini inkişaf etdirmək, bu sahəyə maraq göstərən gəncləri maarifləndirmək məqsədilə “İRƏLİ” İctimai Birliyi “Bələdiyyə 2009” layihəsini həyata keçirib. Layihə çərçivəsində Bələdiyyələrin Milli Assosiasiyaları və “İRƏLİ” İctimai Birliyi tərəfindən respublikanın 56 şəhər və rayon mərkəzlərində, 21 Oktyabr 2009 – 20 Noyabr 2009-cu il tarixində “Demokratiya Həftəlikləri” keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR